Kürdəmirdə “Qala Sığorta” ASC-nin Aran Nümayəndəliyinin ofisinin açılışı olub.
21 may 2022 | 09:05
Mayın 20-də Kürdəmir şəhərinin R.Axundov küçəsi 20 ünvanında “Qala Sığorta” ASC-nin Aran Nümayəndəliyinin ofisinin açılışı olub.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, “Qala Sığorta” şirkətinin İdarə Heyətinin sədri Fuad Allahverdiyev və digər müəssisə nümayəndələri iştirak ediblər.
Qonaqlar ofisdə yaradılan şəraitlə tanış olub, şirkətin əməkdaşlarına işlərində uğurlar arzulayıblar. Ofisin açılmasında məqsəd ölkənin bütün regionlarında, o cümlədən Kürdəmir rayonuda təmsil olunmaqla vətəndaşlarımıza həyat və qeyri-həyat sığortası məhsulları üzrə keyfiyyətli və operativ xidmətlər göstərməkdir.