Kürdəmirdə qadın zorakılığına qarşı mübarizə günü ilə bağlı tədbir keçirilib
26 noyabr 2022 | 11:33
25 noyabr - Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı Kürdəmir Rayon Mərkəzi Kitabxanasında tədbir keçirilib. Çıxış edənlər bildiriblər ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr - 10 dekabr tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb.