Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə özünüməşğulluq proqramı əsasında müharibə iştirakçıları üçün yaradılan təsərrüfatlara baxış olub.

15 aprel 2023 | 10:09
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovla birgə Kürdəmir rayonunda müharibə iştirakçıları üçün özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış keçiriblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı Röyal Mövlayev özünüməşğulluq proqramı çərçivəsində kişi bərbərxanası zərfi üzrə avadanlıqlarla təmin edilərək öz kiçik biznesini qurub.
Digər müharibə iştirakçısı İmran Səlimov isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi”nin dəstəyi ilə mebellərin bantlanması üzrə kiçik biznes sahəsini yaradıb.
Hər iki müharibə iştirakçısı göstərilən sosial dəstəkdən razılıqlarını ifadə edib, qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını vurğulayıblar.
Keçidlər