Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Novruz festivalı keçirilib.

19 mart 2023 | 10:00
Kürdəmir rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) və rayonun icra hakimiyyətinin təşkilatçılığı ilə Novruz festivalı keçirilib. Tədbirdə agentliyin sədri Ülvi Mehdiyev, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov və qonaqlar iştirak ediblər.
Novruz tonqalının alovlandırılması ilə başlayan tədbirdə Bahar qızı, Keçəl və Kosanın maraqlı zarafatları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Bir sıra maraqlı oyunlar və konsert proqramı keçirilən tədbirdə ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən ASAN xidmətlərin stendləri nümayiş olunub.
Keçidlər