Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Novruz bayramı ilə əlaqədar ümumrayon bayram şənliyi keçirilib.

18 mart 2024 | 15:24
Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirində icra başçısı Elxan İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Bayram şənliyində milli geyimli iştirakçılar tərəfindən nümayiş olunan xalq oyunları, rəqslər, vətənimizi tərənnüm edən musiqilər, keçəllə kosanın məzəli əhvalatları və musiqi ustalarının ifaları kürdəmirlilərin əhvali-ruhiyyəsinə bayram ovqatı qatıb.
Keçidlər