Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə növbəti ağacəkmə aksiyası keçirilib.

23 noyabr 2022 | 17:30
Noyabrın 23-də Kürdəmir rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib. Kürdəmir rayon Gənclər və İdman idarəsinin, rayon Yaşıllaşdırma idarəsinin əməkdaşlarının, gənclərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada Eldar şamı ağacları əkilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına nail olmaq, ictimaiyyətin diqqətini yeni yaşıllıqların salınmasına və qorunmasına yönəltməkdir.
Keçidlər