Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda dəyirmi masa keçirilib

18 oktyabr 2022 | 18:36
Oktyabrın 18-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə “Müstəqilliyimiz əbədidir, dönməzdir” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzinin foyesində Carlı kənd tam orta məktəbin şagirdlərinin ifasında “Müstəqilliyimiz əbədidir” adlı kompozisiya nümayiş olunub.
Bədii hissədən sonra tədbir dəyirmi masada davam edib. Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elxan İbrahimov bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışan Elxan İbrahimov daha sonra Ulu Öndərin əsasını qoyduğu siyasi və iqtisadi kursun, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Digər çıxışçılar da Ulu Öndər Heydər Əliyevin dövlətimiz və dövlətçiliyimiz, həmçinin xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışıblar.
Keçidlər