Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Milli Mətbuat və Jurnalistika Günü qeyd olunub.

21 iyul 2023 | 15:46
İyulun 21-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun və media nümayəndələrinin iştirakı ilə Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Media nümayəndələrini təbrik edən Elxan İbrahimov öz çıxışında vurğulayıb ki, Azərbaycan mediası “Əkinçi” ənənələrini yaşadır və daha da inkişaf etdirir.
Tədbirdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onların rayonun sosial-iqtisadi inkişafı ilə bağlı təklifləri müzakirə edilib. Sonra media nümayəndələrinə rayon icra başçısı tərəfindən hədiyyələr təqdim olunub.
Keçidlər