Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Milli Mətbuat və Jurnalistika Günü qeyd edilib

22 iyul 2022 | 15:53

İyulun 22-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun, Kürdəmir rayonunda, həmçinin, respublikanın müxtəlif media qurumlarında fəaliyyət göstərən nümayəndələrin iştirakı ilə Milli Mətbuat və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.

Media nümayəndələrini təbrik edən Elxan İbrahimov öz çıxışında vurğulayıb ki, Azərbaycan mediası “Əkinçi” ənənələrini yaşadır və daha da inkişaf etdirir. Ulu öndər Heydər Əliyevin, onun layiqli davamçısı İlham Əliyevin mətbuata qayğısından danışan icra başçısı müasir dövr Azərbaycan mediasının ölkənin inkişafındakı müstəsna rolunu qeyd edib.

Tədbirdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, onların rayonun sosial-iqtisadi inkişafı ilə bağlı təklifləri müzakirə edilib. Sonra bir qrup media nümayəndəsi rayon icra başçısı tərəfindən fəxri fərmanlarla təltif olunub.

Keçidlər