Kürdəmirdə Mərkəzi Aran Regional Məşğulluq Filialının təşkilatçılığı əmək yarmarkası təşkil olunub.
26 noyabr 2025 | 15:17
Kürdəmirdə Mərkəzi Aran Regional Məşğulluq Filialının təşkilatçılığı ilə rayonda işsizliyin azaldılması məqsədilə əmək yarmarkası təşkil olunub.
Tədbirdə icra başçısı Elşən Həsənli, Mərkəzi Aran Regional Məşğulluq Filialının direktoru Tamerlan Qasımov və 200-dən çox işsiz və işaxtaran vətəndaş iştirak edib.
İşaxtaranlar 12 müəssisənin 100-ə yaxın vakansiyaları ilə tanış olub, uyğun işlərə müraciət ediblər. CV-lər qəbul olunaraq dəyərləndirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunub.






