Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə məktəb psixoloqları ilə görüş keçirilib

29 iyun 2022 | 17:09
İyunun 29-da rayon icra hakimiyyətində məktəb psixoloqları ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli açıb. O bildirib ki, məktəb tədris və tərbiyə müəssisəsidir, vətəndaş yetişdirən bu müəssisədə psixoloqlar vacib rol oynayır: “Hazırda məktəb psixoloqlarının üzərinə çox böyük yük düşür. İstənilən sosial mühitdə psixoloji yardıma ehtiyacı olan insanlar mövcuddur. Uşaqlar və yeniyetmələr də həssas qruplara daxildir”.
Tədbirdə təhsil müəssisələrində psixoloji xidmətin təşkili qaydaları məktəb psixoloqları ilə müzakirə olunub.
Keçidlər