Kürdəmirdə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
16 noyabr 2022 | 12:12
Noyabrın 16-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında rayon İcra Hakimiyyəti nümayəndələri, səhiyyə işçiləri və rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə “Məişət zorakılığına qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər bildirdilər ki, ölkəmizdə insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Lakin cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün qüvvələrini birləşdirməlidir. Bununla bağlı qanunların qəbulu və müvafiq dövlət qurumlarının fəaliyyət göstərməsi ilə yanaşı, vətəndaş cəmiyyətinin də rolunun böyük əhəmiyyəti vardır.