Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Böyük Qayıdışın Asanlaşdırılması” mövzusunda peşə festivalı keçirilib.

14 aprel 2025 | 17:26

Kürdəmirdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Böyük Qayıdışın Asanlaşdırılması” mövzusunda peşə festivalı keçirilib. Tədbirdə BP şirkətinin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisin deputatı Vüqar Bayramov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, rayonun icra başçısı Elxan İbrahimov, Şirvan, Neftçala, İsmayıllı, Ağdaş, Zərdab rayonlarının Peşə liseyləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcədə şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər peşə təhsilinin gələcəyi, regional inkişafda rolu, keçmiş məcburi köçkün gənclərin dəstəklənməsi kimi mövzulara toxunublar.Festival çərçivəsində qısamüddətli peşə təlimlərini uğurla tamamlayan keçmiş məcburi köçkün tələbələrə sertifikatlar təqdim olunub.

Keçidlər