Kürdəmirdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olunub.
01 iyun 2025 | 17:58
Kürdəmirdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olunub. Tədbir iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirib.
Daha sonra başçı təhsil, idman və mədəniyyət sahəsində uğur qazanan uşaqlarla görüş keçirib. Görüş zamanı Elxan İbrahimov dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb.
Görüşün sonunda icra başçısı Elxan İbrahimov bilik və bacarıqları ilə seçilən uşaqları fəxri fərman və hədiyyələrlə mükafatlandırıb.






