Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Konstitusiya günü qeyd edilib

13 noyabr 2022 | 13:05
Kürdəmir rayonunda “12 noyabr - Konstitusiya günü”nə həsr olunan dəyirmi masa keçirilib.
Tədbirdə rayonun icra başçısının müavini Vəsilə Əsgərli, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndərin və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə rayonun icra başçısının müavini Vəsilə Əsgərli açaraq müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasında və qəbul olunmasında Ümumilli Lider Heydər Əliyevin xidmətlərindən və Azərbaycan xalqına verdiyi töhfələrdən danışdı.
Daha sonra digər çıxışçılar qeyd etdilər ki, 1995-ci il 12 noyabrda referendum yolu ilə dünyada toplanmış ən mütərəqqi təcrübə əsasında demokratik dəyərlərə malik müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Hüquqi, demokratik dövlət quruculuğu yolunda əldə olunmuş mühüm naliyyətlərdən biri kimi Konstitusiyamızın qəbul edilməsi çağdaş tariximizə qızıl həriflərlə həkk olundu.
Keçidlər