Kürdəmirdə “KÖKSÜNDƏ VƏTƏN YÜRÜ...” adlı tədbir keçirilib
26 sentyabr 2022 | 18:21
Sentyabrın 26-da rayonun Heydər Əliyev Mərkəzində Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, şəhidlərin ailə üzvləri, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Köksündə vətən yürü...” adlı rekviyem tamaşa və Vətən müharibəsi döyüşlərini özündə əks etdirən videoçarx nümayiş olunub. Vətənpərlik mövzusundakı şeirlər, muğam parçaları və bəstəkar mahnıları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.