Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi ilə rayonun biznes imkanları müzakirə edilib.

10 dekabr 2022 | 09:21
Dekabrın 9-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin direktoru Anar Salmanov və Mərkəzin digər əməkdaşları ilə görüşüb.
Təşkil olunmuş görüşün məqsədi Kürdəmir rayonunun biznes imkanları barədə müzakirə aparmaq, icra olunan layihələrdə sahibkarların fəal iştirakını, DÖST mexanizminin tətbiqi ilə özəl investisiyaların cəlb edilməsini, KOB subyektlərinin bu tipli layihələrin icrası prosesində daha geniş iştirakını təşviq etməkdir.
Keçidlər