Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə İdeoloji Maarifləndirmə Konsepsiyasının müddəaları əsasında rayon ictimaiyyəti ilə görüş keçirilib.

29 aprel 2024 | 14:36
Kürdəmir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İdeoloji Maarifləndirmə Konsepsiyasının müddəaları əsasında rayon ictimaiyyəti ilə görüş keçirilib.
Görüşdə rayon İcra Hakimiyyəti nümayəndələri, Vətən müharibəsi iştirakçıları və rayonun ictimai-siyasi həyatında fərqlənən təhsil işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər əsas məqsədin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunmuş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə hər bir vətəndaşımızın məlumatlandırılmasının müstəsna əhəmiyyətinin nəzərə alınması və qrupların maarifləndirmə işini daha da gücləndirmək olduğunu bildiriblər. Qeyd ediblər ki, bu il COP29-un Azərbaycanda keçirilməsi və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmiz üçün çox əhəmiyyətli bir il olacağını göstərir. Otuz il sonra Azərbaycan ərazilərinin erməni işğalına son qoymaqla həm də davam edən böyük ekoloji terrorun qarşısını aldı. Bu inkaredilməz məsələlər qarşısında, hətta Azərbaycanla dost münasibətdə olmayan ölkələr belə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərar qəbul ediblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən ziyalıları və gənclərinin fikirləri dinlənilib, suallar cavablandırılıb.
Keçidlər