Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “İcbari tibbi sığorta ” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

15 oktyabr 2022 | 09:39
Oktyabrın 14-də rayonun Atakişili kənd tam orta məktəbində Kürdəmir Rayon İcra Hakimiyyətinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göyçay filialının birgə təşkilatçılığı ilə “İcbari tibbi sığorta” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli səhiyyə ocaqlarında maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində görülən işlərdən, həyata keçirilən islahatlardan danışıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göyçay filialının rəhbəri Faiq Abdullayev isə icbari tibbi sığortanın üstünlüklərindən danışaraq bildirib ki, tibbi sığorta üçün müraciət edən xeyli vətəndaş aidiyyəti üzrə xəstəxanalara yönləndirilərək tibbi sığorta xidmətindən yararlanıblar.
Tədbir iştirakçıların sualları ətrafında müzakirə şəklində davam edib.
Keçidlər