Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə heyvanların identifikasiyası ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

11 mart 2025 | 14:56

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.7.1-ci yarımbəndinə əsasən heyvanların identikləşdirilərək “Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi”ndə qeydiyyatının aparılması işinin təşkili ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak edib.
Heyvanların identikləşdirilməsi mövzusunda ətraflı fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilib.

Keçidlər