Kürdəmirdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar keçirilib.
17 oktyabr 2023 | 17:43
Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan tədbirdə rayonun icra başçısı Elxan İbrahimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, şəhid ailələri, qazilər və rayonun təhsil işçiləri iştirak ediblər.
Daha sonra məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Elmi seminarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bugünki inkişafının banisi, bütov Azərbaycanın tarixi lideri olduğu bildirilib və liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş edilib. Tədbir rayon məktəblilərinin ifasında bədii hissə ilə yekunlaşıb.