Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi qeyd edilib.

10 may 2023 | 20:48
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Kürdəmirdə rayonun icra başçısı Elxan İbrahimov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri rayonun Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli liderin həyat və siyasi fəaliyyətini, Kürdəmir rayonuna səfərlərini özündə əks etdirən şəkil sərgisinə və stendlərə baxış keçirilib.
Tədbirdə rayonun icra başçısı Elxan İbrahimov məruzə ilə çıxış edib, daha sonra Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi yolu barədə çəkilmiş “Əsrin adamı” sənədli filmi nümayiş edilib.
Keçidlər