Kürdəmirdə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirilib
Kürdəmirdə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda dəyirmi masa keçirilib
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəis müavini mayor Ruhan Nəsibov, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial—iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Cəfər İsmayılov, Aran Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən struktur bölmə rəhbərləri, Kürdəmir Rayon İcra Hkimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və xidmət rəhbərləri iştirak ediblər.
Tədbirdə yanğından mühafizə sahəsində, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlər barədə, təhlükə potensialı qurğu və avadanlıqların qaydaları və tikintiyə dövlət nəzarətinin təşkili mövzusunda ətrafı məlumat verilmişdir.






