Kürdəmirdə Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib.
17 dekabr 2024 | 13:21
Tədbirdən öncə rayonun Dövlət Yanğından Mühafizə Hissəsinin texnikasına baxış keçirilib.
Daha sonra isə tədbiri giriş sözü ilə açan rayonun icra başçısı Elxan İbrahimov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəhbərliyini və nazirliyin tabeliyində fəaliyyət göstərən bütün qurumların əməkdaşlarını, eləcədə Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin kollektivini peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli vəzifələrini yerinə yetirməkdə uğurlar arzulayıb. Daha sonra Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Fateh Ağayev çıxış edərək rayon ərazisində baş verə biləcək hər hansı fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin operativ aradan qaldırılması üçün bundan sonra da bütün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərinə əminlik ifadə edib.
Sonda xidməti fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə fərqlənən bir qrup əməkdaşa fəxri fərmanlar təqdim olunub.