Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə "Folklor festivalı” keçirilib.

23 may 2024 | 12:21
Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin dəstəyi və Kürdəmir rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən folklor festivalında regiona daxil olan rayonlar öz folklor nümunələrini sərgiləyiblər. Festivalda qədim muzey əşyaları, Şilyan xalçaları və xalçaçılığa aid kitablar sərgilənib, muğam ifaçıları öz ifalarını təqdim edib, biçmə-tikmə, toxuculuq, dekorativ-tətbiqi sənət nümunələri, qədim xalq oyunları, milli mətbəx və kulinariya nümunələri nümayiş olunub.
“Folklor festivalı”nın sonunda icra başçısı rayonun ictimai-mədəni həyatında səmərəli fəaliyyət göstərən bir qrup mədəniyyət işçisinə fəxri fərmanlar təqdim edib.
Keçidlər