Kürdəmirdə fermerlərlə görüş keçirilib.
23 oktyabr 2023 | 15:48
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı və “Paşa Holdinq”in dəstəyi ilə Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və “Şəhərdən Kəndə” layihələri çərçivəsində Kürdəmirdə icra hakimiyyətində fermerlərlə görüş keçirilib. Tədbirdə “Aqrar tədarük və təchizat” ASC-nin Biznesin inkişafı departamentinin direktoru Hikmət Hüseynov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli və rayonun fermerləri iştirak ediblər.
Tədbirdə “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi kənd təsərrüfatında qadın sahibkarların sayının artırılması və onların inkişafı məqsədi ilə yaradılan layihədən bəhs edilib. Bundan başqa “Şəhərdən Kəndə” layihəsi haqqında da məlumat verilib. Layihənin əsas məqsədi fermerlər üçün əlavə gəlir mənbələrinin yaradılması, kəndlilərin öz məhsullarını alıcılara çatdırma şərtlərinin asanlaşdırılması olduğu , bunun üçün kənd evlərinə, təsərrüfat və istehsal sahələrinə mütəmadi turlar təşkil olunduğu və turistlərin təsərrüfat sahələrinə daha rahat səfər etmələri məqsədilə «Şəhərdən Kəndə» elektron platforması yaradıldığı qeyd edilib.