Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə "Əsgərə məktub" layihəsi çərçivəsində tədbir keçirilib.

09 noyabr 2023 | 18:03
Kürdəmir Rayon İcra Hakimiyyətinin və Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Kürdəmir rayonunda 9 noyabr Bayraq Günü münasibətilə "Əsgərə məktub" layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailərinin üzvləri, qazilər, müharibə veteranları, ümumtəhsil məktəblərinin şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, "Əsgərə məktub" layihəsi yeniyetmələrin vətənpərvərlik ruhunun formalaşması baxımından olduqca dəyərli layihədir.
Layihə iştirakçıları Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə arzularını yazdıqları məktublarla çatdırıblar.
Keçidlər