Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda tədbir keçirilib.

26 oktyabr 2022 | 18:01
Oktyabrın 26-da Kürdəmir Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası rayonun Atakişili kənd tam orta məktəbində “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Vəsilə Əsgərli bildirib ki, erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadlarının gənclər arasında izah edilməsi istiqamətində rayonda bir sıra tədbirlər həyata keçirilir. Erkən nikaha daxil olma bəzən qızların öz istəkləri, bir sıra hallarda valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətin olması və digər səbəblərdən baş verir. Məhz buna görə də erkən nikahın səbəbləri, fəsadları və onun qarşısının alınması gələcək nəsillərin sağlam və ailələrin davamlı olması üçün qarşıda duran ən vacib faktorlardan birinə çevrilməlidir.
Daha sonra mövzu ətraflı müzakirə edilib, erkən nikahın mənfi nəticələri haqqında şagirdlərə məlumat verilib, sonra şagirdlərin sualları cavablandırılıb.
Keçidlər