Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib.

03 iyun 2022 | 16:44
İyunun 3-də Kürdəmir rayon Mürtülü kənd tam orta məktəbində Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın sədri Vəsilə Əsgərli, Kürdəmir Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin nümayəndəsi, Mürtülü kənd tam orta məktəbin direktoru Binyət Abdullayeva və 9-11 sinif şagirdləri iştirak ediblər. Mövzu ətraflı müzakirə edilib, erkən nikahın mənfi nəticələri haqqında şagirdlərə məlumat verilib, sonra şagirdlərin sualları cavablandırılıb.
Keçidlər