Kürdəmirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev vətəndaşların qəbulunu keçirib.
Görüşdə Kürdəmir Hacıqabul rayon sakinləri iştirak ediblər. Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, reabilitasiya, ünvanlı sosial yardım və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Qəbuldan öncə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və rayonun icra başçısı Elşən Həsənli Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.






