Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirildi.

28 fevral 2025 | 15:04

Fevralın 28-də Kürdəmir Rayon İcra Hakimiyyətinin akt zalında dövlət qulluqçularının, xüsusilə də rəhbər vəzifəli və dövlət qulluğuna yeni qəbul olunan şəxslərin etik davranış qaydaları sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər dövlət qulluğuna və dövlət orqanlarına olan inam və etimadın gücləndirilməsi məqsədilə dövlət qulluqçularının etik davranış qaydalarına əməl etmələrininin vacibliyini qeyd edərək, etik davranış qaydalarının əsas prinsip və məqsədlərindən danışıblar.
Tədbir sual-cavab və diskusiyalarla davam etmişdir.

Keçidlər