Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Dəmiryolu işçilərinin peşə bayramı günü qeyd olunub

14 oktyabr 2023 | 10:35
Kürdəmirdə 13 Oktyabr-Dəmiryolu işçilərinin peşə bayramı günü qeyd olunub. Rayonun icra başçısı Elxan İbrahimov “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 nömrəli Kürdəmir yol sahəsində çalışan işçilər ilə iş başında görüşərək onları təbrik edib. Görüşdə Kürdəmir rayonunun dəmir yolu üzərində yerləşməsinin rayonun inkişafında mühüm əhəmiyyət kəsb etməsindən bəhs edilib.
Dəmiryolu işçilərini təbrik edən Elxan İbrahimov idarənin işində fərqlənən işçilərinə fəxri fərmanlar təqdim edib.
Keçidlər