Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Cırtdanın nağılı” kukla tamaşası nümayiş olunub

19 dekabr 2022 | 08:54
Dekabrın 16-da Kürdəmir rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Cırtdanın nağılı” kukla tamaşası nümayiş olunub. Tamaşada şəhid, qazi, müharibə iştirakçıları və aztəminatlı ailələrin uşaqları iştirak ediblər. Tamaşanın keçirilməsində əsas məqsəd uşaqların asudə vaxtının səmərəli təşkili və eyni zamanda şifahi xalq ədəbiyyatı nümunələrinə maraq formalaşdırmaqdır.
Tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Keçidlər