Kürdəmirdə cari ilin ilk rübündə əhaliyə göstərilən ödənişli xidmətlər
2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,5 faiz artaraq 29492,7 min manat olmuşdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ümumi xidmətlərin 14,8 faizini təşkil etməklə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 81,7 faiz artaraq 4370,0 min manat olmuşdur. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarların əhaliyə göstərdiyi ödənişli xidmətlərin həcmi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azalaraq 25122,7 min manat təşkil etmişdir.
Əhaliyə göstərilən ödənişli xidmətlərin 12,9 faizi və ya 3810,9 min manatı dövlət, 87,1 faizi və ya 25681,8 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür.
2025-ci ilin yanvar-mart aylarında 2960,0 min manatlıq məişət xidməti göstərilmişdir ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur. Məişət xidməti ödənişli xidmətlərin ümumi həcminin 10,0 faizini təşkil etmişdir. Məişət xidmətinin həcminin 0,9 min manatı və ya 0,03 faizi hüquqi şəxslərin, 2959,1 min manatı və ya 99,97 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sahibkarlar hesabına formalaşmışdır.
2025-ci ilin yanvar-mart aylarında hər bir rayon sakini orta hesabla 247,4 manatlıq və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 19,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə etmişdir.
Kürdəmir Rayon Statistika İdarəsi






