Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə çalışmanın yaş həddinə çatan müəllimlərlə görüş keçirilib.

27 avqust 2024 | 20:09
Avqustun 27-də Kürdəmirdə rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin tərəfdaşlığı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar ittifaqı Kürdəmir rayon komitəsinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatan müəllimlərlə görüş keçirilib.
Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə çıxış edən icra başçısı Elxan İbrahimov uzun illər Kürdəmirdə təhsilin inkişafında, eləcə də şagirdlərin şəxsiyyət kimi formalaşmasında göstərdikləri xidmətlərinə görə müəllimlərə təşəkkürünü bildirib və onlara ən xoş arzularını çatdırıb.
Daha sonra çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov yaş həddinə çatan müəllimləri gənc həmkarlarına dəstəklərini əsirgəməməyə səsləyib.
Tədbirin sonunda çalışmanın yaş həddinə çatan müəllimlərə hədiyyələr təqdim edilib.
Keçidlər