Kürdəmirdə Beynəlxalq Muzeylər Günü qeyd olunub
"18 may - Beynəlxalq Muzeylər Günü" münasibətilə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında olmuşdur. "Ədəbiyyatımız milli-mənəvi dəyərimizdir" devizi altında keçirilən "Açıq qapı" günündə filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı muzeydə olan ekspozisiya haqqında ətraflı məlumat verərək, Azərbaycan incəsənətində, mədəniyyətində, elmində dünya şöhrətli şəxsiyyətlərin əsərlərindən qısa parçalar ifa olunmuş, muzeyin keçirdiyi tədbirlərin qısa video çarxı izlənilmişdir. Daha sonra Kürdəmirdən olan yazıçı və şairlərlə bir masa ətrafında oturan başçı Elşən Həsənli muzeyin fəaliyyəti və burada Azərbaycan klassik ədəbiyyatı və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndirmişdir.






