Kürdəmirdə Beynəlxalq Müəllimlər Günü münasibətilə gənc nəslin təlim-tərbiyəsinə töhfə vermiş müəllimlərlə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli görüş keçirib.
05 oktyabr 2026 | 17:15
Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra Kürdəmir Rayon İcra Hakimiyyətində davam edən görüşdə rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayon üzrə Təhsil sektorunun müdiri Rəfail Məmmədov, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının Kürdəmir rayon Komitəsinin sədri Samir Şükürov iştirak ediblər. Çıxış edənlər müəllimlərin əməyini yüksək qiymətləndirilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Görüşün sonunda gənc nəslin təlim-tərbiyəsində səmərəli fəaliyyət göstərən bir qrup müəllim Fəxri Fərmanla təltif edilib, hədiyyələr verilib.






