Kürdəmirdə “Bələdiyyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib.
26 aprel 2024 | 14:31
Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Bələdiyyələrdə gender bərabərliyi siyasətinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələri, bələdiyyə sədrləri və bələdiyyələrin nəzdində yaradılan Gender komissiyalarının sədrləri və üzvləri iştirak ediblər.
Çıxışlarda iştirakçılara ölkədə gender siyasəti istiqamətində görülən işlər və qəbul edilən hüquqi aktlar barədə məlumatlar verilib.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.