Kürdəmirdə “Azeronline BM” LTD tərəfindən yüksəksürətli internetlə təmin olunması istiqamətində işlər aparılır.
04 mart 2023 | 10:36
“Azeronline BM” LTD ölkənin yüksəksürətli internet və genişzolaqlı xidmətlərlə təmin edilməsi istiqamətində “Onlayn Azərbaycan” layihəsinə öz töhfəsini verməyə davam edir. Qeyd olunan layihə çərçivəsində Azəronline şirkəti yüksəksürətli fiber-optik internet xidməti ilə bütünlüklə təmin etdiyi regionlardan biri də Kürdəmir rayonudur. Bu ərazidə 2021-ci ilin may ayından etibarən GPON texnologiyası (Gigabit Passive Optical Networks – Giqabit Passiv Optik Şəbəkə) ilə şəbəkə qurmaq məqsədilə təmir-tikinti işlərinə başlanılmışdır. Artıq 3500-ə yaxın ev təsərrüfatını əhatə edən 15 kənddə - Ərşəli, Məhərrəmli, Pirəköçə, Qaramahmudlu, Şahsevən, Sovla, Söyüdlər, Carlı, Quşlar, Çöl Ərəb, Ərəbxana, Çərtəyəz, Bəyi, Xəlsə kəndlərində və eləcə də Kürdəmir şəhərində məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış kompleksində yüksəksürətli fiber-optik internet xidməti əhaliyə təqdim olunur. Qeyd olunan ərazilərdə artıq 1600-dən artıq abonent təqdim olunan xidmətin istifadəçisidir.
Yaxın gələcəkdə Muradxan, Qocalı, Mehdili, Axtaçı, Axtaçı Qarabulaq, Öyləqulu, Dayıkazımlı, Qoçulu, Sor Sor kəndlərində də fiber-optik internet xidmətinə qoşulmalar aktivləşdiriləcəkdir. Bu isə 2300-dən artıq ev təsərrüfatının GPON texnologiyası əsasında keyfiyyətli və sürətli internet xidmətindən istifadə imkanı qazanması deməkdir.
Ümumilikdə, 2023-cü ilin planına əsasən il sonunadək Kürdəmir şəhər mərkəzi və eləcə də Qaraqocalı, Topalhəsənli, Şıxımlı, Atakişili, Qarasu, Şilyan kəndləri ərazisində yerləşən daha 13 600 ev təsərrüfatı üçün fiber-optik internet xidmətinə qoşulmaq imkanı yaradılacaqdır.