Kürdəmirdə Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramı günü qeyd olunub
22 fevral 2026 | 13:29
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli "22 fevral - Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramı günü" münasibətilə rayonda avtomobil yolu sahəsində fəaliyyət göstərən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “21 №-li Yol İstismarı” MMC-nin bir qrup işçiləri ilə görüş keçirib, onlara çətin və şərəfli işlərində uğurlar diləyib.
Sonda bir qrup əməkdaşa icra başçısı tərəfindən fəxri fərmanlar təqdim olunub və birlikdə xatirə şəkli çəkdirib.






