Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə ağacəkmə aksiyası keçirilib

11 noyabr 2022 | 15:41

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə Kürdəmir rayonunda ağacəkmə aksiyası keçirilib. YAP Kürdəmir rayon təşkilatının təşkilatçılığı ilə keçirilən aksiyada Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayonun idarə və müəssisə rəhbərləri, ərazi partiya təşkilat sədrləri və çoxsaylı partiya fəalları iştirak etdilər. Kürdəmir rayonunun Bayraq Meydanı ərazisində keçirilən ağacəkmə aksiyasında Tuya və Sərv ağacı olmaqla ümumilikdə 300 ağac əkildi.

Keçidlər