Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 8 noyabr Zəfər gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual bilik yarışının final mərhələsi keçirilib.

05 noyabr 2022 | 14:20
Kürdəmir rayon Gənclər və İdman idarəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin birgə təşkilatçılığı ilə 04 noyabr 2022-ci il tarixində rayonun şəhər 5 saylı tam orta məktəbində 8 noyabr Zəfər gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” İntellektual bilik yarışının final mərhələsi keçirilib.
Rayonun 45 tam orta məktəbinin komandaları arasında keçirilən Zəfər kubokunda yarımfinallarda birinci, ikinci yerləri tutan komandalar finalda oynamaq hüququnu qazanıblar. "Zəfər Kuboku"nun final mərhələsində olduqca maraqlı keçən yarışda düzgün cavab sayına görə ən çox xal toplayan T.İsmayılov adına şəhər 1 saylı tam orta məktəbin "Birlik" komandası I yerə, M.Rəsulzadə adına şəhər 2 saylı tam orta məktəbin "Qarabağ" komandası II yerə, E.Zülfüqarov adına Şilyan kənd tam orta məktəbinin "Qoşqar" komandası isə III yerə layiq görülüblər. Məktəblilərin təltifetmə mərasimində şəhid ailələrinin üzvləri də iştirak ediblər.
Yarışda qələbə qazanan komandalar təşkilatçılar tərəfindən diplom, medal və kubokla mükafatlandırılıblar.
Keçidlər