Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

07 mart 2024 | 09:19
Kürdəmirdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə rayonun icra başçısı Elxan İbrahimov, Milli Məclisin deputatı Əminə Ağazadə, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, eləcə də rayonun ictimai həyatında fərqlənən qadınlar iştirak ediblər.
Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Elxan İbrahimov və millət vəkili Əminə Ağazadə əlamətdar gün münasibəti ilə qadınları təbrik edərək, onlara xoşbəxtlik və səadət arzulayıblar.
Tədbirin sonunda icra başçısı Elxan İbrahimov rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup qadına fəxri fərmanlar təqdim edib.
Keçidlər