Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.

07 mart 2023 | 11:57
Martın 6-da Kürdəmirdə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə rayonun icra başçısı Elxan İbrahimov, Milli Məclisin deputatı Əminə Ağazadə, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, eləcə də rayonun ictimai-siyasi həyatında fəallıq göstərmiş qadınlar iştirak ediblər.
Tədbir torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Bayram mərasimində çıxış edən Elxan İbrahimov əlamətdar gün münasibəti ilə tədbirdəki qadınları və onların simasında rayonun bütün qadınlarını təbrik edərək, onlara xoşbəxtlik və səadət arzulayıb.
Milli Məclisin deputatı Əminə Ağazadə çıxışında bu günün həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, şəhid anaları və xanımlarının bayramı olduğunu vurğulayıb.
Tədbirin sonunda icra başçısı Elxan İbrahimov rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup qadına fəxri fərmanlar təqdim edib.
Keçidlər