Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 27 sentyabr Anım Gününə həsr olunan rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib.

23 sentyabr 2022 | 19:26

Sentyabrın 23-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov “Qarabağ Azərbaycandır!” devizi altında təşkil olunan rəsm və əl işlərindən ibarət sərgidə iştirak edib.

Heydər Əliyev parkında təşkil edilən sərgidə Kürdəmir Mədəniyyət Mərkəzinin dərnək üzvlərinin və rayon məktəblilərinin müxtəlif cür əl işləri və rəsmləri nümayiş olunub.

Sərginin təşkil olunmasında əsas məqsəd yetişməkdə olan gənc nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etmək və istedadlı gəncləri üzə çıxarmaqdır.

 

Keçidlər