Kürdəmirdə 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd olunub.
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Kürdəmir rayonundakı “N” saylı hərbi hissədə tədbir keçirilib.
Tədbir iştirakçıları hərbi hissədə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov rayon ərazisindəki “N” saylı hərbi hissədə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitlərini təbrik edib. Elxan İbrahimov qeyd edib ki, bu gün şanlı Azərbaycan Ordusunun 104 yaşı tamam olur. Bu il xalqımız 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününü Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun yaratdığı yeni reallıqlar şəraitində qarşılayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordu quruculuğunu dinamik inkişaf etdirdi. İndi Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. 2020-ci il sentyabr ayının 27-dən başlayan 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə bunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın Zəfər tarixi yazıldı, torpaqlarımız işğaldan azad edildi. Azərbaycan əsgərinin döyüş ruhu, peşəkarlığı və şücaəti bütün dünyanı heyrətləndirdi və düşməni yerlə-yeksan etdi. İcra Başçısı rayon ictimaiyyəti adından hərbi hissənin şəxsi heyyətini bir daha 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, xoşbəxtlik və çox şərəfli xidmətlərində uğurlar arzulayıb.
Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.