Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 23 iyun dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub.

23 iyun 2023 | 15:48

Kürdəmirdə 23 iyun dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilib. Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edən tədbir iştirakçıları abidənin önünə gül dəstələri düzüblər. Təbirdə rayonun icra başçısı Elxan İbrahimov, icra hakimiyyəti aparatının işçiləri, icra nümayəndələri və rayonun xidmət sahəsinin əməkdaşları iştirak ediblər. Prezident İlham Əliyevin dövlət qulluqçularına göstərdiyi diqqət və qayğıdan bəhs edilən tədbirdə, rayonda görülən və görüləcək işlər barədə müzakirələr aparılıb, işi ilə fərqlənən dövlət qulluqçuları təltif ediliblər.

Keçidlər