Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 2025-ci ilin yanvar-mart aylarında tikinti sahəsinin əsas göstəriciləri

13 may 2025 | 09:57

2025-ci ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6524,1 min manat və ya 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə çox investisiya yönəldilmişdir. İnvestisiyalar bütünlüklə qeyri neft-qaz sektoruna yatırılmışdır.

Ümumi sərmayənin 3875,9 min manatı və ya 59,4 faizi dövlət,  2648,2  min manatı və ya 40,6 faizi isə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 98,6 faizi və ya 6435,4 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artmışdır.

2025-ci ilin yanvar-mart aylarında fəaliyyət göstərən tikinti müəssisələri və tikinti fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların yerinə yetirdikləri işin həcmi 2780,4 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 64,4 faiz çox olmuşdur. Tikinti müəssisələri və tikinti fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş işlərin 1632,0 min manatı və ya 58,7 faizi inşa, yenidənqurma və bərpa,  27,8 min manatı  və ya  1,0 faizi əsaslı təmir, 757,0 min manatı və ya 27,2 faizi cari təmir, 363,6 min manatı və ya 13,1 faizi sair tikinti işlərinin payına düşür. Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş işlərin 757,0 min manatı və ya 27,2 faizi dövlət mülkiyyətində, 2023,4 min manatı və ya 72,8 faizi isə qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələri tərəfindən yerinə yetirilmişdir.

 

Kürdəmir Rayon Statistika İdarəsi

Keçidlər