Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 2025-ci ilin yanvar-fevral aylarında muzdla çalışanların orta aylıq əməkhaqqı göstəriciləri

13 may 2025 | 09:52

2025-ci ilin yanvar-fevral aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 20,9 faiz artaraq 696,3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 726,6 manat, özəl müəssisələrdə çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 623,5 manat olmuşdur.

2025-ci ilin yanvar-fevral aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı, manat

 

 

İqtisadi fəaliyyət növləri

 

Cəmi

o cümlədən

dövlət

qeyri- dövlət

Cəmi

696,3

726,6

623,5

Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

783,8

976,2

546,5

Emal sənayesi

1012,9

-

1012,9

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

889,2

889,2

-

Su təchizatı; tullantıların təmizlənməsi və emalı

518,7

518,7

-

Tikinti

437,6

562,4

337,6

Ticarət; nəqliyyat vasitələrinin təmiri

443,9

-

443,9

Nəqliyyat və anbar təsərrüfatı

467,4

393,5

558,3

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

388,4

-

388,4

İnformasiya və rabitə

617,4

785,0

401,6

Maliyyə və sığorta fəaliyyəti

1715,4

1925,0

1642,5

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

482,8

482,8

-

Peşə, elmi və texniki fəaliyyət

601,1

593,4

743,0

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

447,6

462,6

366,1

Dövlət idarəetməsi və müdafiə; sosial təminat

983,0

1150,5

628,7

Təhsil

741,5

741,8

273,3

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

700,6

705,4

431,0

İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

566,0

567,2

346,7

Digər sahələrdə xidmətlərin göstərilməsi

782,4

456,9

956,9

 

Maliyyə və sığorta fəaliyyəti, emal sənayesi sahəsi, dövlət idarəetməsi və müdafiəsi, sosial təminat fəaliyyəti, eləcə də elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində orta aylıq nominal əməkhaqqı digər sahələrə nisbətən daha yüksək olmuşdur. 

Kürdəmir Rayon Statistika İdarəsi

Keçidlər