Kürdəmirdə 2025-ci ilin birinci rübü ərzində sənaye istehsalı
2025-ci ilin yanvar-mart aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 52216,6 min manatlıq sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 94,9 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət sektorunun payı 95,0 faiz olmuşdur.
Emal sənayesində 2025-ci ilin yanvar-mart aylarında 49549,9 min manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Emal sənayesinin əsas hissəsini qida məhsullarının istehsalı təşkil etmişdir və sahə üzrə 2025-ci ilin yanvar-mart aylarında 48041,8 min manatlıq məhsul istehsal edilmişdir. Bu bütün emal sənayesi məhsulunun 97,0 faizini təşkil etmişdir. Qida məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artmışdır.
Emal sənayesinin fəaliyyət növləri üzrə məhsul buraxılışı
Fəaliyyət növlərinin adı |
2025-ci ilin yanvar-mart aylarında istehsal edilmişdir, min manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
Emal sənayesi-cəmi |
49549,9 |
103,0 |
o cümlədən: qida məhsullarının istehsalı |
48041,8 |
104,3 |
içki istehsalı |
347,6 |
50,4 |
poliqrafiya məhsullarının istehsalı |
5,3 |
73,6 |
rezin və plastik kütlə məmulatlarının istehsalı |
12,9 |
... |
tikinti materiallarının istehsalı |
53,6 |
6,9 |
hazır metal məmulatlarının istehsalı |
1088,7 |
... |
Sənaye məhsulları istehlakçılarına göndərilmiş məhsul və göstərilmiş xidmətlərin həcmi 52758,7 min manat olmuşdur. Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2025-ci il vəziyyətinə 130,3 min manatlıq hazır məhsul olmuşdur.
Kürdəmir Rayon Statistika İdarəsi